dini radikalizm və ekstremizmlə mübarizə

Bu ölkə hər jurnalistdən 10 min dollar tələb edir

Bu ölkə hər jurnalistdən 10 min dollar tələb edir
Şimali Koreya nümayəndələri Koreya Respublikasının jurnalistlərindən adam başına 10 min dollar pul tələb edib.

Modern.az “TASS” agentliyinə istinadən xəbər verir ki, jurnalistlərdən bu məbləğ Pxunqeri nüvə poliqonunun qapanması mərasiminə getmək üçün tələb edilib.

Agentliyin Koreya respublikasının paytaxtı Seuldakı mənbəsinə istinadən verdiyi xəbərdə, bu məbləğin viza rüsumu kimi odənilməli olduğu qeyd edilir.

“Şimali Koreyanın Pekindəki səfirliyi hər bir jurnalistdən viza rüsumu olaraq 10 min dollar tələb edib” öz adını və vəzifəsinin açıqlanmamasını istəyən mənbə bildirib.

Xatırladaq ki əvvəl rəsmi Pxenyanın Koreya respublikasının hər informasiya agentliyinə 4 jurnalisti poliqonun bağlanılması münasibəti ilə keçirilmiş mərasimi işıqlandırmağa dəvət etdiyi bildirilirdi.

Həmin jurnalistlərin Pekindəki Şimali Koreya səfirliyindən bu səfər üçün viza alacaqları düşünülürdü.

Poliqonun bağlanma mərasimi mayın 23 və 25-i aralığında bir gündə baş tutacağı planlaşdırılıb.

Oxunub: 586
Oxşar xəbərlər
SON XƏBƏRLƏR