dini radikalizm və ekstremizmlə mübarizə

Gürcüstanda 2017-ci ildə oyun biznesindən 5,6 milyard lari gəlir əldə olunub

Gürcüstanda 2017-ci ildə oyun biznesindən 5,6 milyard lari gəlir əldə olunub
Bu əvvəlki illərin göstəricisi ilə müqayisədə xeyli çoxdur.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, bu gəlirdən dövlət büdcəsinə yalnız 332 milyon lari və yaxud da ümumi gəlirin 5,8 faizi daxil olub.

2017-ci ildə oyun biznesinə lisenziyaların alınması üçün dövlət büdcəsinə 154,5 milyon lari, oyun aparatlarının alınması üçün 119,5 milyon lari, oyun zallarının təşkilinə görə isə 58 milyon lari vəsait ödənilib.

Məlumatda həmçinin bildirilir ki, 2017-ci ildə Gürcüstanda 91 totalizator, 21 kazino və 16 onlayn oyun mərkəzi fəaliyyət göstərib. Totalizatorlar vasitəsilə qoyulan vəsaitin həcmi 2017-ci ildə əsaslı surətdə artıb. 2017-ci ilin yanvarında totalizator vasitəsilə oyunlara 79,2 milyon lari vəsait qoyulduğu halda, dekabrda bu rəqəm 101,3 milyon lari təşkil edib.

İqtisadçi ekspertlərin hesablamalarına görə, oyun biznesi Gürcüstan iqtisadiyyatında ən gəlirli sahə olub. Amma bununla belə oyun biznesi ölkə iqtisadiyyatı və əhalisi üçün ən çox təhlükəli sahə olaraq qalır.

Oxunub: 606
Oxşar xəbərlər
SON XƏBƏRLƏR