dini radikalizm və ekstremizmlə mübarizə

Ərdoğan: "Bəşəriyyətin taleyini BMT Təhlükəsizlik Şurasının 5 üzvü həll etməməlidir"

Ərdoğan: "Bəşəriyyətin taleyini BMT Təhlükəsizlik Şurasının 5 üzvü həll etməməlidir"
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan yenə BMT Təhlükəsizlik Şurasının üzvlərinin artırılması zəruriliyindən danışıb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Ərdoğan Sarayevo Beynəlxalq Universitetinin fəxri doktoru və mantiyasının təqdimatı mərasimində qeyd edib ki, dünya BMT Təhlükəsizlik Şurasının beş üzvünün mərhəmətindən asılı olmamalıdır.

Türkiyə dövlətinin başçısı həmçinin Qahirəni, Tel-Əvivi və Vaşinqtonu insan hüquqlarına hörmətsiz münasibət bəsləməkdə qınayıb.

"Misir, İsrail və ABŞ həmişə İnsan Haqları Bəyannaməsinə hörmət etdiklərini bəyan edərək, bu sənədin ruhuna və tələblərinə əməl etməyə çağırıblar. Buna inanmayın. Bu məsələ onları narahat etmir", - deyə Türkiyə prezidenti bildirib.

Oxunub: 610
Oxşar xəbərlər
SON XƏBƏRLƏR