dini radikalizm və ekstremizmlə mübarizə

Qroznıda kilsəyə basqın olub, insanları girov götürmək istəyən silahlılar məhv edilib

Qroznıda kilsəyə basqın olub, insanları girov götürmək istəyən silahlılar məhv edilib



Qroznıda kilsədə ibadət edən insanları girov götürmək istəyən silahlılar məhv edilib. DJB.Az APA-ya istinadən bildirir ki, bu barədə jurnalistlərə Çeçenistan prezidenti Ramzan Kadırov məlumat verib.

O bildirib ki, həyata keçirilən xüsusi əməliyyat nəticəsində dörd yaraqlı məhv edilib. Qarşıdurmada bir polisin aldığı güllə yarasından öldüyü, birinin isə yaralandığı bildirilir.

R. Kadırov silahlıların Qərb ölkələrindən birindən təlimat aldığını deyib: "Hazırda zərərsizləşdirilən silahlıların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür, ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə alınıb".

Qeyd edək ki, kilsə Qroznı şəhərinin mərkəzində yerləşir.

Oxunub: 663
Oxşar xəbərlər
SON XƏBƏRLƏR