dini radikalizm və ekstremizmlə mübarizə

Merkel ABŞ-ın İranla sazişdən çıxmasını “səhv” qərar adlandırıb

Merkel ABŞ-ın İranla sazişdən çıxmasını “səhv” qərar adlandırıb



Almaniya kansleri Angela Merkel ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxmasını "səhv” qərar adlandırıb.

DJB.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, cümə günü Münster şəhərində katolik konfransda çıxış edən Merkel "bunun beynəlxalq intizama inamı azaltdığını” deyib. "Mən hesab edirəm ki, razılaşdırılan və BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilən sazişi birtərəfli şəkildə pozmaq düzgün deyil”, - deyə Almaniya nazirlər kabinetinin rəhbəri bildirib. O, ABŞ-ın qərarını "təəssüf və narahatlıq doğuran səbəb” adlandırıb.

Bununla yanaşı, kansler Tehranın ballistik proqramının, İsraillə münasibətlərinin və Suriyadakı fəaliyyətinin böyük narahatlıq yaratdığını da etiraf edib. O, həmçinin Vaşinqtonun qərarına baxmayaraq, Avropa və ABŞ arasında əməkdaşlığın böyük rol oynadığını və bunun transatlantik əməkdaşlığı şübhə altına almaq üçün əsas olmadığını deyib.

Xatırladaq ki, mayın 8-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun BMT-nin Təhlükəsizlik Şurasının və bir vaxtlar ABŞ və Avropa İttifaqı tərəfindən qəbul edilən birtərəfli sanksiyaların aradan qaldırılması müqabilində Tehranın nüvə proqramını məhdudlaşdıran Hərtərəfli Müştərək Fəaliyyət Planından – sazişdən çıxdığını elan edib. Tramp nəinki köhnə sanksiyaları bərpa edəcəyini, həm də yenilərinin qəbul olunacağını bildirib. Eyni zamanda o, ABŞ-ın yeni saziş bağlamağa hazır olduğunu deyib. Bununla yanaşı, Vaşinqton Tehrana faktiki olaraq yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürüb.

Böyük Britaniya, Almaniya və Fransa liderləri sazişin bütün iştirakçılarını onu yerinə yetirməkdə davam etməyə səsləyib. İran Prezidenti Həsən Ruhani isə öz növbəsində Tehranın sazişdən imtina etməyəcəyini və öhdəlikləri yerinə yetirəcəyini bildirib.

Oxunub: 753
Oxşar xəbərlər
SON XƏBƏRLƏR