dini radikalizm və ekstremizmlə mübarizə

Ömürlük həbsə məhkum edilmiş azərbaycanlılarla bağlı - AÇIQLAMA

Ömürlük həbsə məhkum edilmiş azərbaycanlılarla bağlı - AÇIQLAMA
Azərbaycanın İraqdakı Səfirliyi üç azərbaycanlı qadının İŞİD terror təşkilatı ilə əlaqədə olduğu üçün ömürlük həbs cəzası alması xəbərini təkzib edib.

Azərbaycanın İraqdakı Səfirliyindən Oxu.Az-a verilən açıqlamada bu informasiyanın həqiqətə uyğun olmadığı bildirilib.

“KİV-də hər cür məlumat dərc edilə bilər. Biz bu ölkənin rəsmi qurumları ilə əlaqədəyik. Azərbaycana aid nəsə baş versə, bizim məlumatımız olar.

Bizdə belə bir informasiya yoxdur. Bu məlumatları təkzib edirik”, - səfirlikdən bildiriblər.

Qeyd edək ki, bəzi dünya KİV-ləri üç Türkiyə, üç Azərbaycan, bir Özbəkistan və bir Suriya vətəndaşının İŞİD-ə qoşulmaqda ittiham edilərək, həbs olunması ilə bağlı məlumat yayıb.

Oxunub: 697
Oxşar xəbərlər
SON XƏBƏRLƏR