dini radikalizm və ekstremizmlə mübarizə

Tbilisidə “Qızılgül inqilabı” meydanının adı dəyişdirilə bilər

Tbilisidə “Qızılgül inqilabı” meydanının adı dəyişdirilə bilər


Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mərkəzində yerləşən "Qızılgül inqilabı” meydanının adı dəyişdirilə bilər.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bununla bağlı təşəbbüsü Tbilisi şəhər sakrebulosu (şura) irəli sürüb.
Meydana Birinci Demokratik Respublika adının verilməsi təklif olunur.
Tbilisi şəhər sakrebulosunda təkliflə bağlı mayın 2-də müzakirələr aparılacaq.
Qeyd edək ki, sözügedən meydan 1983-cü ildə açılıb və Respublika meydanı adlandırılıb. 3 dekabr 2005-ci il tarixində isə meydana "Qızılgül inqilabı” adı verilib.
Bu il Gürcüstanda ilk respublikanın yaranmasının 100 illik yubileyi qeyd olunur.

Oxunub: 624
Oxşar xəbərlər
SON XƏBƏRLƏR