dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyədən Trampa Azərbaycan xatırlatması: Arxiv...

Türkiyədən Trampa Azərbaycan xatırlatması: Arxiv...
ABŞ Prezidenti Donald Trampın 1915-ci il hadisələri ilə bağlı səsləndirdiyi yanlış ifadələri və subyektiv şərhini rədd edirik.

Axar.az xəbər verir ki, bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasındandır.

“Trampa həmin dönəmlərdə ermənilərin yer aldığı hadisələr zamanı 500 mindən çox müsəlmanın qətlə yetirildiyini xatırladırıq. Türkiyə tarixin bu ağrılı dönəminin üzə çıxması üçün arxivləri araşdırmaçıların ixtiyarına buraxıb.

Biz həmçinin Trampın “soyqırım” ifadəsi işlətməməsini müsbət hal kimi dəyərləndiririk”, - açıqlamada bildirilib.

Xatırladaq ki, ermənilər XIX əsrin əvvəllərindən başlayaraq, azərbaycanlılara qarşı da kütləvi qırğınlar törədib.

Qeyd edək ki, Tramp dünən qondarma erməni soyqırımı ilə bağlı açıqlamasında “böyük fəlakət” ifadəsini işlədib.

Oxunub: 603
Oxşar xəbərlər
SON XƏBƏRLƏR