dini radikalizm və ekstremizmlə mübarizə

Sarkisyan müdafiə naziri ola bilər - Sensasion iddia

Sarkisyan müdafiə naziri ola bilər - Sensasion iddia



Hakim Respublika partiyasının bütün üzvləri, müxalifət təmsilçiləri, politoloqlar 100% əmindirlər ki, aprelin 9-dan sonra Serj Sarkisyan ölkənin baş naziri olacaq. Ermənistanda baş verənlər bunu deməyə əsas imkan verir.

Ermənistanın "Past” nəşri sensasion iddia ilə çıxış edib. Nəşr hesab edir ki, Sarkisyan ölkənin müdafiə naziri ola bilər.

"Bizim mənbələrimizə əsasən, məsələ tam həll edilməyib. Mənbə iddia edir ki, ən yuxarı səviyyələrdə Serj Sarkisyanın müdafiə naziri təyin olunması variantı nəzərdən keçirilir”, - deyə nəşr yazıb.

Qeyd edilib ki, Sarkisyan müdafiə naziri təyin olsa belə ölkədə ən nüfuzlu şəxs olacaq: "Lakin bu məsələdə müəyyən çətinliklər var. Əgər bu versiya reallıq olsa, onda kadrları təyinetmə mexanizmi olmalıdır. Məsələn, əgər hökumət başçısı bu və ya digər şəxsi nazir postuna təyin etməyə razı deyilsə, onda bu necə tənzimlənəcək? Yuxarı səviyyələrdə bu mexanizmlər axtarılır”.

Oxunub: 626
Oxşar xəbərlər
SON XƏBƏRLƏR