dini radikalizm və ekstremizmlə mübarizə

Kubada parlament seçkiləri: səslər hesablanır

Kubada parlament seçkiləri: səslər hesablanır



Kubada Milli Assambleyaya – ölkə parlamentinə seçkilər başa çatıb və bülletenlərin hesablanması başlayıb.

Djb.az Euronews informasiya agentliyinə istinadla xəbər verir ki, bazar günü keçirilən seçkilərdə 8 milyondan çox seçicinin təxminən 70 faizi iştirak edib.

Yeni çağırış Kuba parlamenti bir aydan sonra baş tutacaq ilk iclasında Dövlət Şurasının üzvlərini seçməlidir, onlar isə öz növbəsində 86 yaşlı Raul Kastronu sədr postunda əvəzləyəcək şəxsi müəyyən etməlidir.

Kubanın hazırkı lideri istefaya getmək niyyətini bildirib.

Dövlətin yeni başçısı postuna real namizəd Kuba Dövlət Şurası sədrinin birinci müavini 57 yaşlı Migel Dias-Kanel hesab olunur.

Oxunub: 568
Oxşar xəbərlər
SON XƏBƏRLƏR