dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə dediyi oldu: Menbiçi onlar idarə edəcək

Türkiyə dediyi oldu: Menbiçi onlar idarə edəcək
Türkiyə və ABŞ-ın Suriya üzrə texniki komitəsinin Vaşinqtonda keçirilən iclasında rəsmi Ankara Menbiç Hərbi Şurasında YPG ünsürlərinin təmsil olunmasından narahatlığını dilə gətirib.

Axar.az xəbər verir ki, Vaşinqtonun hərbi şuranın YPG-dən asılı olmayaraq ərəblərin üstünlük təşkil edəcəyi formada qurulması iddiası Türkiyəni qane etməyib.

Məlumata görə, Türkiyə ABŞ-a Menbiçi YPG-yə məxsus Hərbi Şuranın əvəzinə bölgənin əsl sahiblərini təmsil edən ünsürlərin idarə etməsini təklif edib.

Yeni şuranın 3 əsas prinsip əsasında formalaşdırılması barədə razılıq əldə olunub. Şura müstəqil, Suriyanın demokratiya prosesinə sadiq və bölgənin əsl sahiblərinin təmsil etdiyi ünsürlər əsasında formalaşdırılacaq.

Qeyd edək ki, görüşdə əsas müzakirə mövzusu PYD/YPG terror təşkilatının Menbiçdən çıxarılması məsələsi olub.

Oxunub: 672
Oxşar xəbərlər
SON XƏBƏRLƏR