dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ Ukraynaya 47 milyon dollarlıq silah satacaq

ABŞ Ukraynaya 47 milyon dollarlıq silah satacaq


ABŞ rəhbərliyi Ukraynaya ümumi dəyəri 47 milyon dollar olan 210 ədəd tank əleyhinə raket və 37 ədəd proyektor satacaq. Djb.az-in "Sputnik" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Birləşmiş Ştatların Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyi yazılı açıqlama ilə çıxış edib.

Ukraynaya planlaşdırılan silah satışını ABŞ Xarici İşlər Nazirliyi qəbul edib və qərar Konqresə təsdiq olunmaq üçün göndərilib.

Rəsmi Kiyev ABŞ-dan alacağı "Javelin" tank əleyhinə raket və proyektorlarla ordunun silah arsenalını gücələndirmək niyyətindədir.

Oxunub: 624
Oxşar xəbərlər
SON XƏBƏRLƏR