dini radikalizm və ekstremizmlə mübarizə

KİV: Suriyada silah anbarında partlayış olub, Rusiyanın 15 muzdlu döyüşçücü ölüb

KİV: Suriyada silah anbarında partlayış olub, Rusiyanın 15 muzdlu döyüşçücü ölüb
Suriyada silah-sursat anbarının partlaması nəticəsində Rusiyanın 15 muzdlu döyüşçüsü ölüb.

“Report” “The Guardian” qəzetinə istinadən bildirir ki, hadisə Deyir-əz-Zor əyalətinin şimal-şərqində yerləşən Tabii Caziredə baş verib.

Qəzet yazıb ki, rusiyalı muzdlu döyüşçülər Bəşşar Əsədə sadiq qoşunların ölkənin neft və təbii qaz yataqları istiqamətində hərkətinin müşaiyət edirmişlər. Qoşunlar həmin əraziyə çatdıqdan sonra silah anbarında partlayış olub.

Bu ərazi ABŞ-ın dəstəklədiyi PYD və YPG terrorçu dəstələrin (terrorçu PKK qruplaşmasının Suriyadakı qolları) nəzarəti altındadır.

Məlumata görə, partlayış nəticəsində 23 nəfər ölüb. Onlardan 8-i isə Bəşşar Əsədin əl-Bakir briqadasının əsgərləridir.

Oxunub: 588
Oxşar xəbərlər
SON XƏBƏRLƏR