dini radikalizm və ekstremizmlə mübarizə

Ərdoğan dəhşətli hücumun qarşısını aldı

Ərdoğan dəhşətli hücumun qarşısını aldı
Əgər Türkiyə Silahlı Qüvvələri Afrinə enməsəydi, ABŞ və terrorçu dostları daha da yuxarı qalxacaqdılar. Biz böyük bir oyunu pozduq. Rəcəb Tayyib bəy 15 iyul kimi böyük bir oyunun qarşısını aldı.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin cənub-şərqində bir çox aşirət lideri ilə görüşən türk iş adamı Zeynal Abidin Ərdəm deyib.

“Cənub-şərqdəki bölgə əhalisi və aşirət liderləri Suriyanın şimalındakı terror dəstələrinin mayda Türkiyəyə hücum etmək üçün hazırlaşdıqlarını bildirdi. Hətta bəzi nüfuzlu şəxslər mənə Türkiyənin niyə müdaxilə etmədiyi barədə narahatlıqlarını ifadə etdilər. Ancaq Afrin əməliyyatının başlaması ilə birlikdə hər kəsin rahatladığını gördüm. Çox böyük bir oyunu pozduq. Satılmışlar bizə hücum etməmiş, biz daha cəld tərpəndik. Fəratın şərqindəki ağır silahların Afrinə göndərilməsini gözləyirdilər. “Zeytun budağı” onlar üçün böyük bir xəyal qırıqlığı oldu. Bölgədə yaşayanlar rahatladı. İndi minlərlə insan Ərdoğana dua edir, lazım gələrsə, hərbi xidmətə getmək istədiklərini bildirir”, - Ərdəm deyib.

Oxunub: 721
Oxşar xəbərlər
SON XƏBƏRLƏR