dini radikalizm və ekstremizmlə mübarizə

Kim Çen In yeni raket təqdim etdi

Kim Çen In yeni raket təqdim etdi
KXDR cümə günü Pxenyanda keçirilən hərbi paradda yeni növ “Hvason-15” qitələrarası ballistik raketi ictimaiyyətə təqdim edilib.

Oxu.Az xəbər verir ki, parad Şimali Koreya dövlət telekanalı vasitəsilə canlı yayımlanıb.

Tədbirdə azı dörd ədəd “Hvason-15” buraxılış qurğusu və üzərində “Hvason-14” ballistik raketi olan bir neçə yedəkçi nümayiş olunub.

“Hvason-15” 13 min kilometrə yaxın məsafayə uça bilir və nəzəri baxımdan ABŞ-ın istənilən ərazisini hədəfə ala bilər.

Tədbirdə KXDR lideri Kim Çen In da iştirak edib. O, parad rəhbərindən raport qəbul edərək, nümayişə tamaşa etmək üçün Kim İr Sen meydanının mərkəzindəki tribunaya qalxıb.

Cənubi Koreya mətbuatının məlumatına görə, paradda 13 minə yaxın hərbçi iştirak edib.

Oxunub: 660
Oxşar xəbərlər
SON XƏBƏRLƏR