dini radikalizm və ekstremizmlə mübarizə

Ərdoğandan “Türk” sözünə qadağa

Ərdoğandan “Türk” sözünə qadağa
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişilə ölkədə peşə birliklərinin önündəki “türk” sözünün ləğv edilməsi qərara alınıb.

Oxu.Az xəbər verir ki, Ərdoğan bir müddət öncə Türk Təbiblər Birliyini nəzərdə tutaraq təşkilatın adından “türk” sözünün götürülməsinə göstəriş vermişdi.

Peşə birliklərinin adındakı təkcə “türk” deyil, “Türkiyə” sözünün də götürülməsi gündəmə gəlib. Məsələn, Türk Təbiblər Birliyi və Türkiyə Barolar Birliyi kimi təşkilatların adları dəyişdiriləcək.

Eyni zamanda müstəqil vəkil işləmək üçün “Barolar Birliyinin”, həkim kimi çalışmaq üçün Təbiblər Birliyinin üzvü olmaq şərtləri aradan qaldırılacaq.

Peşə sahibləri istənilən təşkilata üzv ola biləcəklər.

Oxunub: 666
Oxşar xəbərlər
SON XƏBƏRLƏR