dini radikalizm və ekstremizmlə mübarizə

Türk tankını vuran raketi terrorçuya hansı ölkə verib?

Türk tankını vuran raketi terrorçuya hansı ölkə verib?
Ankara Afrində türk tankını vuran silahı YPG-yə kimin verdiyini aydınlaşdırmaq üçün araşdırma aparır.

Axar.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan media açıqlamasında deyib. Prezident bildirib ki, Baş Qərargah rəisi ilə danışıb:

“Bizdə artıq müəyyən məlumatlar var, ancaq nəticənin elan edilməsi üçün bəzi dəqiqləşdirmələr aparmalıyıq. Bir şey dəqiqdir ki, bu silahı YPG-yə verən ölkə məhz terrorçularla birgə hərəkət edir”.

Qeyd edək ki, ötən gün Türkiyə tankının vurulması nəticəsində 5 türk əsgəri şəhid olub. “Yeni Şəfəq” qəzeti YPG terrorçularının Afrində türk tankını “BGM-71 TOW” tank eleyhinə raket kompleksi ilə vurduğunu yazıb.

Bu kompleks ABŞ istehsalıdır.

Oxunub: 659
Oxşar xəbərlər
SON XƏBƏRLƏR