dini radikalizm və ekstremizmlə mübarizə

Rusiyanın ilk sınaq qatarı ilə bağlı Azərbaycan və İran arasında müqavilə imzalanıb

Rusiyanın ilk sınaq qatarı ilə bağlı Azərbaycan və İran arasında müqavilə imzalanıb
Astara-Astara dəmir yolu ilə hərəkət edəcək qatarın yükü İranın Astara terminalında boşaldılacaq
Fevralın 3-də İranın Astara şəhərində İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru Abbas Nəzəri və "Azərbaycandan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Zaman Novruzov arasında görüş keçirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə "Azərbaycandan Dəmir Yolları" QSC-nin kompleks terminalının rəhbəri Ramin İsmayılov və iki ölkənin sərhədçiləri iştirak ediblər.

Görüşdə Rusiyanın Sankt-Peterburq şəhərindən yola salınan və MDF məhsulu daşıyan ilk sınaq yük qatarının Astara-Astara dəmir yolundan keçməklə İranın Astara terminalında öz yükünü boşaltması haqqında razılıq əldə olunub. Bununla əlaqədar İran Dövlət Dəmir Yolları İdarəsi və "Azərbaycandan Dəmir Yolları" QSC arasında müqavilə imzalanıb.

Oxunub: 699
Oxşar xəbərlər
SON XƏBƏRLƏR