dini radikalizm və ekstremizmlə mübarizə

Qasırğa nəticəsində ölənlərin sayı 10-a çatıb

Qasırğa nəticəsində ölənlərin sayı 10-a çatıb
Qərbi Avropada qasırğa nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölüm hallarından 6-sı Almaniyada qeydə alınıb. Buna pis hava şəraiti nəticəsində baş verən yol qəzaları səbəb olub. Həlak olanlardan 2-si yanğınsöndürən olub. Onlar qasırğanın fəsadlarını aradan qaldıran zaman ağacın üzərlərinə düşməsi nəticəsində ölüblər.

Niderlandda isə təbbi fəlakət azı 3 nəfərin ölümünə səbəb olub. Qasırğaya görə Shiphol hava limanı tam olaraq bağlanıb.

Daha bir nəfər Belçikada ağacın avtomobilin üzərinə aşması zamanı həlak olub.

Almaniya metereoloqları küləyin saniyə 44 metrə çatdığını bildirib. Qasırğa səbəbində qatarların hərəkəti dayandırılıb.

Oxunub: 714
Oxşar xəbərlər
SON XƏBƏRLƏR