dini radikalizm və ekstremizmlə mübarizə

Göksel Gülbey: Erməni yaraqlıları Gürcüstana geri döndü

Göksel Gülbey: Erməni yaraqlıları Gürcüstana geri döndü
Türkiyənin “Əsassız Erməni İddialarına qarşı İttifaq” (ASİMDER) adlı qatı millətçi təşkilatının rəhbəri Göksel Gülbey ASALA erməni qruplaşması yaraqlılarının geri döndüyünü açıqlayıb.

Bu barədə Oxu.Az РУСАРМИНФО-ya istinadən xəbər verir.

Göksel Gülbeyin sözlərinə görə, ASALA qruplaşması 1984-cü ildə fəaliyyətini dayandırdığını elan etməsinə baxmayaraq, onun üzvləri Gürcüstanda ermənilərin kompakt yaşadığı Cavaxk bölgəsində aktiv fəaliyyəti davam etdirir və qruplaşmanın “Virk-erkir” adlı yeni qanadını yaradıb.

“Bu qanad bölgədə rusiyapərəst siyasətin realizəsi məqsədilə yaradılıb, Ermənistan və digər ölkələrdən olan ermənilərdən istifadə edir. Rusiyalı hərbçilərin Axalkalaki bazasını tərk etməsindən sonra bütün silahlar ASALA üzvlərinə ötürülüb”, - deyə Göksel Gülbey Sondakika-ya verdiyi müsahibədə bildirib.

Göksel Gülbey bildirib ki, ASALA-nın silahlı qanadının yaradılmasından sonra Gürcüstanda yaşayan azərbaycanlıların həyatına real təhlükə yaranıb”.

Oxunub: 692
Oxşar xəbərlər
SON XƏBƏRLƏR