dini radikalizm və ekstremizmlə mübarizə

Tbilisi beynəlxalq aeroportu fəaliyyətini qismən bərpa edib

Tbilisi beynəlxalq aeroportu fəaliyyətini qismən bərpa edib
Şota Rustaveli adına Tbilisi beynəlxalq aeroportu fəaliyyətini qismən bərpa edib.

Tbilisi beynəlxalq aeroportundan “Report”un Gürcüstan bürosuna bildirilib ki, yanvarın 8-də duman çəkildikdən sonra bir sıra istiqamətlərdə uçuşlar bərpa olunub.

"Bununla belə, Türkiyə, Dubay və Münhenə nəzərdə tutulmuş reyslər ləğv olunub. Bu istiqamətlərə uçuşların nə vaxt bərpa olunacağı qarşı tərəflərdən asılıdır", - hava limanından qeyd edilib.

Ancaq aeroportdan bu istiqamətlərə uçuş biletləri almış sərnişinlərə kompensasiyaların verilməsi barədə məlumat almaq mümkün olmayıb.
Qeyd edək ki, yanvarın 7-də axşam saatlarında Gürcüstan ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti və qatı duman səbəbindən Şota Rustaveli adına Tbilisi beynəlxalq aeroportu fəaliyyətini bir müddət dayandırmışdı. Uçuş və eniş zolaqlarında görmə qabiliyyətini çox pis olması səbəbindən Bakıdan Tbilisiyə uçan təyyarə də daxil olmaqla 20-yə yaxın aviareys təxirə salınmışdı.

Oxunub: 693
Oxşar xəbərlər
SON XƏBƏRLƏR