dini radikalizm və ekstremizmlə mübarizə

Gürcülər Ukrayna ordusunu tərk etdi – Gərginlik

Gürcülər Ukrayna ordusunu tərk etdi – Gərginlik
Gürcü legionu komandanlığın qanunsuz fəaliyyətlərini səbəb göstərərək Ukrayna ordusunun 54-cü briqadasının tərkibindən çıxıb.

Axar.az xəbər verir ki, bu barədə legionun Feysbuk hesabında yazılıb.

“2017-ci il dekabrın 20-də gürcü legionu komandan Aleksey Maystrenkonun və onun ətrafının səriştəsizliyi, habelə qanunsuz əmrləri ilə əlaqədar 54-cü briqadanın heyətini tam tərkibdə tərk edib. Yaxın günlərdə 2017-ci ilin dekabrın 16-da keçirilən gürcü legionu və 25-ci batalyonun 11 döyüşçüsünün yaralandığı əməliyyatın detalları barədə mətbuat konfransında mütləq məlumat veriləcək”, - gürcü legionundan bildirilib.

Legionda həmçinin qanunsuz əmrləri ifşa edəcəklərindən qorxaraq yaralı gürcü hərbçilərin briqada rəhbərliyi tərəfindən hərbi qospitaldan çıxarıldığı da qeyd olunub.

Oxunub: 1 168
Oxşar xəbərlər
SON XƏBƏRLƏR