dini radikalizm və ekstremizmlə mübarizə

Tbilisi məhkəməsi Saakaşviliyə qiyabi hökm çıxarıb

Tbilisi məhkəməsi Saakaşviliyə qiyabi hökm çıxarıb
Tbilisi şəhər Məhkəməsində Gürcüstanın sabiq prezidenti Mixeil Saakaviliyə hökm oxunub.

APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, Sandro Qirqvliani işi ilə bağlı M. Saakaşvilinin qiyabi 3 il azadlıqdan məhrum edilməsi qərara alınıb.

M. Saakaşvili “xidməti səlahiyyətlərindən sui-istifadə” maddəsinə əsasən təqsirli bilinir.

İstintaqın məlumatına əsasən, M. Saakaşvili o zamankı Konstitusiya Təhlükəsizliyi Departamentinin rəhbəri Data Axalayaya bank işçisi S. Qirqvlianinin ölümündə təqsirli bilinənləri azad edəcəyini deyib və sonra Əfv Komissiyasından kənar Qerontiy Alaniya, Mixail Bibiluridze, Avtandil Aptsiauri və Aleksandr Qaçavanı azad edib.

Oxunub: 720
Oxşar xəbərlər
SON XƏBƏRLƏR