dini radikalizm və ekstremizmlə mübarizə

Fransada qasırğa nəticəsində 1 nəfər ölüb, 26-sı xəsarət alıb

Fransada qasırğa nəticəsində 1 nəfər ölüb, 26-sı xəsarət alıb
Fransada tüğyan edən "Eleanor" qasırğası nəticəsində 1 nəfər ölüb, 26 nəfər yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, ölüm hadisəsi Yuxarı Savoyya departamentində qeydə alınıb. Orada dağ xizəkçisinin üzərinə ağac aşıb.

Xəsarət almış 26 nəfərdən dördünün vəziyyəti ağırdır.

Həmçinin təbii fəlakət nəticəsində 35 min ev təsərrüfatı işıqsız qalıb. Fransanın 20 departamentində yüksək təhlükə səviyyəsi elan olunub.
Sinoptiklərin proqnozlarına görə, ölkənin şimal-qərbində cərəyan edan qasırğa davam edəcək. Alp dağlarında küləyin sürəti saatda 180 km-ə, Korsikada isə 200 km-ə çata bilər.

Oxunub: 706
Oxşar xəbərlər
SON XƏBƏRLƏR