dini radikalizm və ekstremizmlə mübarizə

Moqerini: “ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi embarqonun saxlanılması qəbuledilməzdir”

Moqerini: “ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi embarqonun saxlanılması qəbuledilməzdir”
ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi embarqonun saxlanılması qəbuledilməzdir.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Havanada rəsmi səfərdə olan Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerini bəyan edib.

“Blokada çıxış yolu deyil. Biz dəfələrlə bunu amerikalı dostlarımıza demişik. Mövqeyimizi daima BMT-də də səsləndiririk. Embarqo yalnız sadə kubalıların həyat səviyyəsini aşağı endirir. Bu qəbuledilməzdir”, deyə F.Moqerini vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi embarqodan Avropa şirkətləri və vətəndaşları da əziyyət çəkir. “Blokada Avropa İttifaqının Kuba ilə iqtisadi və ticari əlaqələrinə mənfi təsir göstərir”, deyə Aİ diplomatiyasının rəhbəri qeyd edib.

Oxunub: 730
Oxşar xəbərlər
SON XƏBƏRLƏR