» » Gürcüstanın beynəlxalq investisiya mövqeyi yaxşılaşıb

Gürcüstanın beynəlxalq investisiya mövqeyi yaxşılaşıb

  • 29-12-2017, 14:36
  • dunya
  • 71
Gürcüstanın beynəlxalq investisiya mövqeyi yaxşılaşıb
Gürcüstanın xalis beynəlxalq investisiya mövqeyi cari ilin 30 sentyabr tarixinə əsasən, - 21,5 mlrd. dollar təşkil edib.

APA-nın Gürcüstan bürosunun ölkənin Milli Bankına istinadla verdiyi xəbərə əsasən, bu göstərici son dörd rübün ÜDM-də -144,4% təşkil edir.

Qonşu ölkənin xalis beynəlxalq investisiya mövqeyi əvvəlki rübə nisbətən 10,2 mln. dollar artıb.

Beynəlxalq aktivlər 9,0 mlrd. dollar təşkil edib ki, bu da əvvəlki rübün göstəricisindən 478,6 mln. dollar çoxdur.

Beynəlxalq öhdəliklər isə rüb ərzində 467,3 mln. dollar artaraq 30,5 mlrd. dollara çatıb.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31