» » Çeçenistanda 400 maskalı şəxs Yamadayevlər ailəsinə hücum etdi

Çeçenistanda 400 maskalı şəxs Yamadayevlər ailəsinə hücum etdi

  • 21-12-2017, 19:31
  • dunya
  • 75
Çeçenistanda 400 maskalı şəxs Yamadayevlər ailəsinə hücum etdi

Çeçenistanın Qudermes şəhərində 400 maskalı şəxs Yamadayevlərin ailə üzvlərinin yaşadığı evlərə hücum ediblər.

Djb.az APA-ya istinadən xəbər verir ki, silahlı şəxslər heç bir izahat vermədən evlərə soxularaq, sakinləri saxlayırlar.

Onların hansı bölmələrə aid olduğu hələlik dəqiqləşməyib, lakin onların Çeçenistan prezidenti Ramzan Kadırova tabe olduqları deyilir.

Yamadayev qardaşları Çeçenistanda ən məşhur ailələrdən biridir. 6 qardaş olan Yamadayevlər birinci və ikinci Çeçen müharibəsinin iştirakçıları olub. Sağ qalan İsa və Badruddi Yamadayevlər Çeçenistanın indiki prezidenti Ramzan Kadırovu qardaşları - Rusiya Dövlət Dumasının deputatı Ruslan Yamadayev və “Şərq” batalyonunun komandiri Sulim Yamadayevin ölümündə təqsirli bilirlər.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31