» » Ankarada polisə silahlı hücum edilib, bir nəfər həlak olub

Ankarada polisə silahlı hücum edilib, bir nəfər həlak olub

  • 19-12-2017, 10:53
  • dunya
  • 66
Ankarada polisə silahlı hücum edilib, bir nəfər həlak olub
Türkiyə paytaxtı Ankaranın Çölbaşı rayonunda təhlükəsizlik əməkdaşlarına silahlı hücum nəticəsində bir polis həlak olub.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, asayiş keşikçiləri paytaxtda sərnişin avtobusunu dayandırıblar və yoxlama aparıblar.
Bu zaman bir nəfər şübhəli sərnişin avtobusdan düşürdülüb. O, gözlənilmədən polis əməkdaşlarına atəş açıb. Atəş nəticəsində bir polis əməkdaşı ağır yaralanıb. Yaralı polis xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə çoxlu sayda xüsusi təyinatlı polis cəlb olunub.

Polisə atəş açan şəxsin həbs olunması üçün əməliyyat-axtarış tədbirləri keçirilir.
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930