» » Haram vərdişlər insanı tez qocaldır...- Avropa alimləri

Haram vərdişlər insanı tez qocaldır...- Avropa alimləri

  • 22-11-2017, 10:32
  • dunya
  • 132
Haram vərdişlər insanı tez qocaldır...- Avropa alimləri
Danimarka alimləri 27 illik tədqiqatdan sonra alkoqolun zərəri haqda Quranda buyurulanları təsdiqləmişlər...

Zərərli vərdişlər yaşlanma əlamətlərinin erkən görünməsinə səbəb olur.

Ömrü uzatmağın və cavan qalmanın ən asan yolu siqaret və spirtdən imtina etməkdir.

Moderator.az Lenta.ru-ya istinadla xəbər verir ki, 27 illik tədqiqatdan sonra Danimarkalı alimlər bu nəticəyə gəlmişdir. Tədqiqatların nəticələri “Journal of Epidemiology & Community Health” (“Epidemiologiya və Cəmiyyət Sağlamlığı jurnalı”) nəşrində dərc edilmişdir. Alimlər “Kopenhagen Siti Heart Study” elmi mərkəzi tərəfindən 1976-2003-cü illərdə 20 min kişi və qadının iştirakı ilə aparılmış uzunmüddətli tədqiqatlar zamanı əldə edilən məlumatlardan yararlanıblar.

Tədqiqatçılar müəyyən ediblər ki, insan nə qədər çox alkoqol içir və siqaret çəkirsə, qocalma əlamətləri (göz ətrfaındakı, qulaq mərcəyindəki və s. qırışların artması və keçəlləşmə) daha erkən özünü biruzə verir.

P.S. Beləliklə, Allahın İslam dini, Quran və Peyğəmbər(s) vasitəsi ilə 14 əsr öncə insanlara haram buyurduğu içkilərin, vərdişlərin zərəri müsəlmanlığı cəhalət kimi təbliğ edən Qərbin öz alimləri tərəfindən bir daha təsdiqlənir.
Oxşar xəbərlər
«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031