» » İsrail hökuməti Fransa nümayəndə heyətinin ölkəyə girişinə qadağa qoyub

İsrail hökuməti Fransa nümayəndə heyətinin ölkəyə girişinə qadağa qoyub

  • 18-11-2017, 11:21
  • dunya
  • 75
İsrail hökuməti Fransa nümayəndə heyətinin ölkəyə girişinə qadağa qoyub
İsrail hökuməti Fransa nümayəndə heyətinin ölkəyə planlaşdırılan səfərinə icazə verməyib.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bələdiyyə başçıları və deputatlardan ibarət nümayəndə heyətinin Fransa Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşü zamanı bildirilib.

Yeddi nəfərdən ibarət nümayəndə heyəti İsrail həbsxanasında həbsdə olan "Fəth" liderlərindən biri olan Mervan Barquti və vaxtilə Fransada yaşamış fələstinli Saleh Hamuri ilə görüşmək niyyətində idi. "İsrail hökuməti ilk dəfə bələdiyyə başçıları və deputatların ölkəyə girişinə qadağa qoyur. Radikal sağ yönümlü İsrail hökumətinin bu qərarını pisləyirik", - deyə Fransa nümayəndə heyətinin bəyanatında bildirilir.
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031