» » 9 uşaq anası “facebook”da tanış olduğu kişiylə qaçdı

9 uşaq anası “facebook”da tanış olduğu kişiylə qaçdı

  • 14-11-2017, 15:58
  • dunya
  • 10
9 uşaq anası “facebook”da tanış olduğu kişiylə qaçdı

Böyük Britaniyada yaşayan Heidi adlı qadın Qambiyalı kişiyə qoşulub qaçıb.

9 uşaq anası olan Heidi qoşulub qaçdığı Mamadou Jallovla “facebook” sosial şəbəkəsində tanış olub.

44 yaşlı qadının əri bildirib ki, onların ailəsində heç bir problem olmayıb:

“Bizim xoşbəxt bir evliliyimiz vardı. Düşünürəm ki, o kişi onu yoldan çıxardıb. Çünki qaçması üçün elə bir səbəb yox idi. Üstəlik o heç vaxt ölkə xaricində olmayıb. Ancaq bu gün o kişi üçün Afrikaya gedib. Onun beynini yuyublar”.

9 uşaq anası olan Heidi isə Mamadunu sevdiyini, onunla özünü xoşbəxt hiss etdiyini deyib: “Biz ərimlə onsuz boşanacaqdıq. Problemlərimiz vardı. Buna görə yollarımız ayrıldı. Boşanmaq üzrə olan bir qadın yeni münasibətə başlaya bilməz? Mən Mamadu ilə ömrümün sonuna kimi yaşamağa razıyam”.

Qeyd edək ki, qadının qaçdığı kişi ilə arasında 14 yaş fərq var. Belə ki, Qambiya vətəndaşı Mamadu Jallov 30 yaşındadır.
9 uşaq anası “facebook”da tanış olduğu kişiylə qaçdı
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930