» » Ermənistanın 2 hərbi qulluqçusu döyüş postunda yaralandı

Ermənistanın 2 hərbi qulluqçusu döyüş postunda yaralandı

  • 14-11-2017, 14:20
  • dunya
  • 53
Ermənistanın 2 hərbi qulluqçusu döyüş postunda yaralandı

İctimaiyyətdən gizlətmək məqsədilə hadisənin səbəbləri qərargah zabitləri tərəfindən araşdırılır.

İşğalçı Ermənistan ordusunun daha 2 hərbi qulluqçusu döyüş postunda odlu silah yarası alıb.

Djb.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, xəbəri ermənilər sosial mediada paylaşıb.

Status sahibinin yazdığına görə, Ermənistan tərəfindən işğal edilən Azərbaycan ərazisində - Madagiz yaşayış məntəqəsində döyüş mövqeyində xidmət edən iki ermənistanlı hərbi qulluqçu odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Postdan qayıdıb silahı boşaldarkən ehtiyatsızlıq səbəbindən avtomatdan açılan atəşdən yaralandığı iddia edilən Çarents Nazaryan və Armen Arakelyan hərbi hissənin tibb məntəqəsinə gətiriliblər. Onların vəziyyətlərinin orta olduğu bildirilir.

İctimaiyyətdən gizlətmək məqsədilə hadisənin səbəbləri qərargah zabitləri tərəfindən araşdırılır.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31