» » Meksikada mafiya lideri plastik əməliyyat zamanı öldürüldü

Meksikada mafiya lideri plastik əməliyyat zamanı öldürüldü

  • 3-11-2017, 15:18
  • dunya
  • 104
Meksikada mafiya lideri plastik əməliyyat zamanı öldürüldü

Meksikada neft oğurluğu və tranziti ilə məşğul olan dəstənin lideri Xesus Martin plastik əməliyyata getdiyi xəstəxanada öldürülüb.

Djb.az RİA Novosti-yə istinadən xəbər verir ki, düşmənləri tərəfindən tanınmamaq üçün görünüşünü dəyişmək istəyən X.Martin narkozun təsiri altında olarkən güllələnib.

Dəstə liderinin ölümü ilə bağlı 2 versiya nəzərdən keçirilir: Ya qatil Martinin öz dəstəsindən olub, ya da xəstəxana personalından kimsə onun əməliyyat olması barədə məlumatı düşmənlərinə çatdırıb.

İstintaq liderin öz dəstə üzvləri tərəfindən öldürüldüyü ehtimalı üzərində daha çox dayansa da, xəstəxanadakı həkimlərin bu işdə əli olub-olmadığını da araşdırır.
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031