» » Türkiyə mətbuatı “Qarabağ”ın oyunu barədə: Kardaş tarih yazıyor

Türkiyə mətbuatı “Qarabağ”ın oyunu barədə: Kardaş tarih yazıyor

  • 1-11-2017, 10:49
  • dunya
  • 101
Türkiyə mətbuatı “Qarabağ”ın oyunu barədə: Kardaş tarih yazıyor

Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Madriddə "Atletiko" ilə 1:1 bərabərə qalan, tarixində ilk dəfə oynadığı Çempionlar Liqasında ilk səfər xalını qazanmaqla tarix yazan "Qarabağ" qardaş Türkiyə mətbuatının da əsas müzakirə mövzusu olub.

Djb.az Milli.Az-a istinadən xəbər veirr ki, Türkiyənin ən nüfuzlu xəbər portalları "Karabağ tarih yazmaya devam ediyor", "Atletiko şokda! Kardaş tarih yazıyor" başlıqlı xəbərləri ilə "Qarabağ"ın "Atletiko Madrid"lə səfər matçında sərgilədiyi möhtəşəm oyundan yazıblar.

Qeyd edək ki, "Qarabağ"ın ispan klubuna "öz silahı" - 32 yaşlı ispaniyalı yarımmüdafiəçi Miçel Maderanın baş zərbəsi ilə vurduğu möhtəşəm qol dünənin ən gözəl qollarından hesab edilir.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31