» » Berlində qasırğa səbəbindən fövqaladə vəziyyət

Berlində qasırğa səbəbindən fövqaladə vəziyyət

  • 29-10-2017, 19:52
  • dunya
  • 63
Berlində qasırğa səbəbindən fövqaladə vəziyyət

Almaniyaya "Hervart" qasırğası üz verib.

Güclü külək səbəbindən Berlində fövqəladə vəziyyət rejimi tətbiq edilib, Оxu.Az Berlin yanğın xidmətinin "Twitter" səhifəsinə istinadən xəbər verir.

Məlumata görə, paytaxtda ağacın aşması nəticəsində azı bir nəfər xəsarət alıb.

Almaniyanın bir sıra digər regionlarında da vəziyyət gərgin olaraq qalır. "Deutsche Bahn" dəmiryolu konserni "Hervart" qasırğası səbəbindən dəmiryolu rabitəsinə məhdudiyyətlərin tətbiq olunduğu bəyan edib.

"Bremen, Hannover, Braunşveyq, Göttingen, Volfsburq, Hamburq, Kil, Berlin, Drezden və Leypsiqdə hazırda şəhərlərarası dəmiryolu nəqliyyatı xidmət göstərmir", — deyə şirkətin məlumatında bildirilir.
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930