» » “Facebook”, “Twitter” və “Google” Senata çağırıldı

“Facebook”, “Twitter” və “Google” Senata çağırıldı

  • 28-10-2017, 20:02
  • dunya
  • 18
“Facebook”, “Twitter” və “Google” Senata çağırıldı

Oktyabrın 31-də “Facebook”, “Google” və “Twitter” şirkətlərinin təmsilçiləri ABŞ Senatının Hüquq komitəsində keçiriləcək dinləmələrdə iştirak edəcək.

Djb.az-ın Lent.az-a istinadla xəbərinə görə, bu barədə komitənin saytında məlumat verilib. İKT şirkətlərinin nümayəndələri “Rusiya işi” ilə bağlı dinləmələrdə çıxış edəcəklər.

Tədbirə “Facebook”un baş hüquq məsləhətçisi Kolin Stretç, “Google”un hüquq-mühafizə məsələləri və informasiya təhlükəsizliyi üzrə direktoru Riçard Salqado, “Twitter”in baş hüquq məsləhətçisi vəzifəsini icra edən Şon Edjett qatılacaq.

Xatırladaq ki, qeyd olunan şirkətlər Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsinə dair materialları Konqresə təqdim ediblər.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031