» » Qırğızıstan parlamentinin sədri istefa verdi

Qırğızıstan parlamentinin sədri istefa verdi

  • 25-10-2017, 11:20
  • dunya
  • 28
Qırğızıstan parlamentinin sədri Çınıbay Tursunbekov oktyabrın 25-də keçirilən iclasın gedişatı zamanı vəzifəsindən istefa verdiyini elan edib.

Bu barədə Oxu.Az “Veçerniy Bişkek” agentliyinə istinadən xəbər verir.

O qeyd edib ki, siyasətdən və parlamentdən getmir.

Tursunbekov siyasi hərarəti aşağı salmaq istədiyinə görə istefa verdiyini dilə gətirib.

“Mənim bütün fəaliyyətim qanunvericilik prinsiplərinə əsaslanıb. Prezident seçkisi zamanı yaranmış siyasi hərarəti aşağı salmaq üçün istefa verməliyəm”, - deyə Ç.Tursunbekov bildirib.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031