» » Saakaşvili Ukrayna ərazisinə keçib

Saakaşvili Ukrayna ərazisinə keçib

  • 11-09-2017, 09:50
  • dunya
  • 20
Saakaşvili Ukrayna ərazisinə keçib

Gürcüstanda axtarışda olan sabiq prezident və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukraynanın dövlət ərazisinə keçib.

Djb.az Report-a istinadən xəbər verir ki, o, Ukrayna-Polşa sərhədində yerləşən "Şeqeni" beynəlxalq buraxılış məntəqəsini ora toplaşan tərəfdarlarının köməkliyi ilə polisin barrikadasını yararaq keçməyə müvəffəq olub.

Sərhədi keçən zaman Ukrayna polisi ilə fəallar arasında toqquşma baş verib.

Bundan əvvəl Ukrayna tərəfi sərhədin minalanması səbəbindən buraxılış məntəqəsi ilə giriş-çıxışı müvəqqəti olaraq bağlamışdı. Sərhədin Polşa tərəfindən isə Mixail Saakaşvili Ukrayna ərazisinə keçməyə hazırlaşırdı.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930