» Sentyabrda avtomobillərin icbari sığortası üzrə 6 mln. manata yaxın sığorta haqqı toplanıb

Sentyabrda avtomobillərin icbari sığortası üzrə 6 mln. manata yaxın sığorta haqqı toplanıb

  • 3-10-2016, 10:03
  • ---
  • 195
Sentyabrda avtomobillərin icbari sığortası üzrə 6 mln. manata yaxın sığorta haqqı toplanıb 2016-cı ilin sentyabr ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 69 710 müqavilə qeydiyyata alınıb.
İcbari Sığorta Bürosundan verilən məlumata görə, bunların 10 625-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. 2016-cı ilin sentyabr ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,7 mln. manata yaxın olub.
2015-ci ilin sentyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 3%, sığorta haqlarının məbləğində isə 2% artım müşahidə edilib.
Sentyabr ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin avqust ayı ilə müqayisədə 2,7% artaraq 81,4 manat təşkil edib.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031