dini radikalizm və ekstremizmlə mübarizə

XXI ƏSRİN FENOMEN DƏLƏDUZU


Əziz oxucularımız bu gün sizlərin nəzərinə çatdırmaq istədiyimiz bir məqam hər kəsin maraq dairəsində olacağına əminlik verir. Yaxın günlər sosial şəbəkədə Rasim Məmmədovun çıxışı diqqətimi çəkdi. Adı çəkilən şəxs haqqında Gün TV nın hazırladığı bir matetialı xatırlatdı.
R. Məmmədovun irəli sürdüyü ittihamları diqqətlə dinlədikdən sonra təkrar Gün TV-nın Qazaxstan Respublikasının vətəndaşı olan Hacı Vüqarın çıxışını izlədim və araşdırma aparmağa başladım. Apardığımız araşdırma şəxsən məni elədə təccübləndirmədi, çünki onun haqqında hər zaman eşitdiyim mənfi fikirlərin təsdiqi idi. Sadəcə öz gözündə tiri görməyənin başqasının gözündə çöp axtarması mənim səbr kasamı daşırtdı. Rasim Məmmədov Qazaxstan Respubliksanın Aktava şəhərinin sakini xeyriyyəçi Hacı Vüqar İsmayılov haqqında heç bir hökm verilmədiyi halda irəli sürdüyü dələduzluq iddiası məni bir jurnalist kimi araşdıtma aparmağa vadar etdi. İlk öncə onu bildirim ki, bir vətəndaşa dələduzluq ləkəsini vurmaq istəyən şəxs özü çox şəffaf olmalıdır.
Adı ictimai xadim olmasına baxmayaraq ictimaiyyətdə müxtəlif dələduzluqla məşğul olan Rasim Məmmədov haqqında oxucularımıza açıqlama verəcəm.
Gəlin onun keçmişinə səyahət edək.
Məmmədov Rasim Adil oğlu 11 iyul 1964-cü il tarixdə anadan olub. Özünü Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzininin I vitse-prezidenti kimi təqdim edir. Həqiqətən həmin təşkilatın müavinidirsə onda həmin təşkilatın rəhbəri olan məhşur yazıçı Çingiz Abdullayev hələ kiminlə işlədiyini bilmir.
Rasim Məmmədov İctimai Nəzarət Koalisiyasının rəhbəri kimi özünü təqdim edir. Amma bu günə kimi bu Koalisiya qeydiyyatdan keçməyib.
İnsanlara şər ataraq guya ictimai xadim imicini yaratmağla təsir göstərən və bu adın altında öz adını başqalarına qoyaraq şər atmaqla müxtəlif yollarla pul qazanan XXI əsrin fenomen qulduru
Mən ona təsadüfən bu adı demirəm, həqiqətən o quldurluq maddəsi ilə yanaşı 3 dəfə məhkumluq həyatı yaşayıb. Birinci məhkumluğu 1984-cü ildə SSSR Rusiya Sovet Federativ Sosalist Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə əsasən (hakimiyyətdən sui-istifadə edərək ağır xəsarət yetirmə maddəsi ilə) 5 il müddətinə azadlıqdan məhrum edilmişdir.
2-ci məhkumluğu isə 30.11.1996-cı il tarixdə həbs edilərək Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin hökmü ilə həmin dövürdə qüvvədə olan Azərbaycan Respbulikası Cinayət Məcəlləsinin 145.1, 145.2, 145.3, 145.4, 145.5, 145.6-cı (Qabaqcadan əlbir olan bir dəstdə şəxs tərəfindən, silah işlətməklə, xüsusi təhlükəli residivist tərəfindən, banditizim etmiş şəxs tərəfindən və zərər çəkənə küllü miqdarda ziyan vurmaqla quldurluq edib) və 220-ci maddələri ilə (müvafiq icazə olmadan odlu silah (yivsiz lüləli ov tüfəngindən başqa), döyüş sursatı və ya partlayıcı maddələr gəzdirmə, saxlma, əldə etmə, hazırlama və satma) 8 il azadlıqdan məhrum edilmişdir. Dırnaq arası ictimai xadim Rasim Məmmədov Azərbaycan Respublikası Milli Məclisinin 07.02.2001-ci il tarixli amnistiya qərarı ilə azadlığa buraxılmışdır. Yenidən cinayət əməllərini davam etdirirək Azərbaycan Resbulikası Cinayət Məcəlləsinin 192.1-ci (Qanunsuz sahibkarlıq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Göründüyü kimi Rasim Məmmədovun pul qarşılığında hər kəsi çırkaba bulaşdırmağa hazır bir insan olduğu artıq ortadadır. Buradan Azərbaycan xalıqına və məhşur yazıcı Çingiz Abdullayevə müraciət edərək bildirirəm ki, Rasim Məmmədov kimi məhkəmə hökmü ilə təsdiq edilmiş və 10 il türmə həyatı yaşamış quldurbaşıdan uzaq gəzsinlər. İctimai Nəzarət Koalisiyası öz vəsiqələrini pullu sataraq qanunsuz yolla pul qazanır, adınada üzvülük haqqı qoyulur. Rasim Məmmədov özünə şəxsi mühafizəçi tutuaraq çevrəsindəki insanlara yüksək imicə məxsus olduğunu göstərməyə çalışır.
Onun özkeçmişi Rasim Məmmədovun kim olduğunu göstərir. Quldurbaşı və fırıldaqçının rəsmən R. Məmmədov olduğu artıq ortadadır.
Rasim Məmmədovun əməlləri barədə araşdırmam bundan sonrada davam edəcəkdir.
Onun cinayət törədərək türmədə yatması barədə rəsmi sənədləridə üzə çıxardaraq mediaya təqdim edirik.
P.S. Uzun illərdir ki, Rasim Məmədov haqqında müxtəlif mənfi fikirlər eşitsək də əsaslı sübut olmadığı üçün bu məsələni mediayada açıqlamırdıq. İndi oxucularımızın nəzərinə çatdırdığımız faktlar artıq onun kim olduğunu hər kəsə sübut etdi.
Belə bir özkeçmişi olan üçün atalar deyib:- "Utanmasan oynamağa nə var ki."

A. Davaxan


Oxunub: 1 304
Oxşar xəbərlər
SON XƏBƏRLƏR